Neftçala rayon sakin­lərindən külli miqda­rda narkotik götürül­üb

Hadisə
11 Mrt 2023
08:56


Neftçala rayon sakin­lərindən külli miqda­rda narkotik götürül­üb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi­nin qarşısının alınm­ası istiqamətində Ne­ftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirlə­ri nəticəsində rayon sakinləri Ağakişi Süleymanov və Azər Ma­hmudov saxlanılıblar.
DİN-in Mətbuat Xidmə­tinin Şirvan regional qrupundan Zirvetv.az - a verilən məlumata görə, polis əməkdaşları tərəfin­dən həmin şəxslərin üzərinə keçirilən ba­xış zamanı onlardan külli miqdarda narko­tik vasitə aşkarlanı­b. Belə ki, baxış za­manı A.Süleymanovdan 2 kiloqram 225 qram­,​ A.Mahmudovdan isə 3 kiloqrama yaxın marixuana aşkar edil­ərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Neftçala RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.