Yunanıstanın baş naziri: Qəzaya insan amili səbəb olub

Hadisə / Dünya
1 Mrt 2023
23:47


Yunanıstanın baş naziri Kiryakos Mitsotakis 38 nəfərin öldüyü dəmiryolu qəzasına insan amilinin səbəb olduğunu deyib.

"ZirvəTV"-nin APA-ya istinadən xəbərinə görə, hökumət başçısı bu sözləri qəza yerinə baxış keçirərkən bildirib.

O, qeyd edib ki, Larisa şəhərinin dəmiryolu stansiyasının rəisi qəzaya görə təqsirkardır.

Maşinistlərin həmkarlar təşkilatı bildirir ki, sözügedən mənzildə siqnallaşma sistemi işləmir. 2000-ci ildən bütün işlər əllə aparılır.

Qeyd edək ki, Yunanıstanda baş vermiş qəza zamanı yük və sərnişin qatarı toqquşub. Qəza zamanı sərnişin qatarında 346 nəfər olub və son məlumatlara əsasən 38 nəfər ölüb, 85 nəfər yaralanıb.