Bakı metrosunda sərnişin vəfat edib

Hadisə
10 Ock 2023
10:06
Bu gün "Bakı Metropoliteni" QSC-nin "20 Yanvar" stansiyasında, təxminən, 60 yaşında sərnişin vəfat edib.

Bu barədə qurumun Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, vətəndaş halı pisləşdiyi üçün saat 7:45-də qatardan düşürülüb və ona dərhal ilkin yardım göstərilib, təcili tibbi yardım dəvət edilib. Bütün səylərə baxmayaraq, sərnişin dünyasını dəyişib.