Xəzər rayonunda Qala-Türkan yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə
20 Ara 2022
18:30
Xəzər rayonunda Qala-Türkan yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bu gün saat 17:30 radələrində “VAZ-2107” və “Hyundai” markalı avtomobillər toquşşub. İlkin məlumata görə “Vaz-2107” avtomobilin sürücüsü və sərnişini olan azyaşlı ölüb.

DİN-in mətbuat xidmətindən bildirilib ki, hadisə nəticəsində üç nəfər ölüb, bir nəfər xəsarət alıb.

Hadisədə “Vaz-2107” avtomobilin sürücüsü ,1959-cü il təvəllüdlü Qurban Əliyev, 2009-cü il təvəllüdlü Aminə Lütfəlizadə və bacısı 2006-cı il təvəllüdlü Zalina Lütfəlizadə həyatlarını itirib.

Bacıların anası isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.