Rusiyada məktəblilərə atəş açan şəxs intihar etdi: 10 ölü, 17 yaralı - YENİLƏNİB

Hadisə
26 Eyl 2022
16:06
Rusiyanın İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə atışma nəticəsində 10 nəfər ölüb, onlardan beşi məktəblidir.

Yaralanan şagirdlərin sayı 17-ə yüksəlib. Onların bəziləri yuxarı mərtəbələrdən tullanaraq güllələrdən xilas olublar.

Yeddi yaşında olan altı uşağa hazırda təcili yardım göstərilir. Onlardan ikisinin vəziyyəti ağır, dördünün vəziyyəti isə orta-ağırdır. Bunların bəziləri güllə yaraları, digərləri isə pəncərədən tullanma nəticəsində yaranan sınıqlardır.

Məktəblilərə atəş açan şəxsin intihar etdiyi bildirilir.

--------

12:14


Rusiyanın İjevsk şəhərində orta məktəbdə baş verən silahı atışma nəticəsində 7 nəfər öldürülüb.

ölənlərin dördü böyük, üçü isə uşaqdır.

Səkkiz şagird müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilib.