Laçında 2 hərbçimiz MİNAYA DÜŞDÜ

Hadisə
23 Ağu 2022
04:43
Laçında iki hərbçimiz minaya düşüb.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanovun avqustun 20-də, Heydər Gülmalıyevin isə avqustun 21-də işğaldan azad olunmuş Laçın rayonunun ərazisində minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları ilə bağlı Qubadlı hərbi prokurorluğunda araşdırma aparılır.