Şəkidə traktor aşdı - 12 yaşlı uşaq və əmisi öldü

Hadisə
8 Tem 2022
11:48
Şəkidə traktorun aşması nəticəsində iki nəfər ölüb.

"Zirvetv.az"ın məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Şəki kəndi ərazisində baş verib.

1978-ci il təvəllüdlü Ramil Məmmədovun idarə etdiyi traktor əsas yoldan çıxaraq aşıb. Nəticədə sürücü və onunla birgə traktorda olan 12 yaşlı qardaşının oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.