Bakıda binada yanğın söndürülüb, köməksiz qalan sakin xilas edilib (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)

Hadisə
21 Mrt 2021
12:34
Bakıda beşmərtəbəli binada yanğın söndürülüb.

Zirvetv.az məlumatına görə, binada köməksiz qalan sakin xilas edilib.

XXX

08.35

Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Zirvetv.az FHN-ə istinadən xəbər verir.

XXX

08:12

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən beşmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Zirvetv.az verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.