Ağstafada maskalı şəxs evə basqın etdi

Hadisə
7 Haz 2022
09:19
Ağstafada maskalı şəxs evə basqın edib.

“zirvetv.az"ın xəbərinə görə, hadisə Ağstafa şəhərinin Nəriman Nərimanov küçəsində baş verib.

Gecə saat 1 radələrində səsə oyanan 26 yaşlı Pünhan Bayramova evdə maskalı şəxsin olduğunu görüb. Qışqırmaq istəyən zaman basqın edən şəxs ona bıçaqla xəsarət yetirib. Qadın xəstəxanaya yerləşdirilib. Vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.