Ər və arvad toyda bıçaqlandı

Hadisə
6 Haz 2022
08:59
Gəncədə bıçaqlanma hadisəsi baş verib.

“zirvetv.az_ın "məlumatına görə, hadisə “Min Bir Gecə” şadlıq sarayında qeydə alınıb.

Şəfayət adlı şəxs və onun həyat yoldaşı Rəna adlı qadın müxtəlif bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstələrə tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.