Xırdalanda kişi meyiti tapıldı

Hadisə
16 May 2022
19:57
Abşeron rayonunun Xırdalan şəhərində bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

“zirvetv.az ” xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1974-cü il təvəllüdlü Mustafayev Sabir Bahadur oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.