Şüşə ilə özünə xəsarət yetirən kişi xəstəxanada öldü

Hadisə
8 May 2022
07:33
Şəmkirdə qolunu kəsən şəxs xəstəxanada ölüb.

“zirvetv.az xəbərinə görə, rayon sakini 1968-ci il təvəllüdlü Arzu Cabbarov Şəmkir şəhərinin Xəqani küçəsində qolundan kəsilmiş-deşilmiş xəsarəti alıb.

O, xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını qurtarmaq mümkün olmayıb.

İlkin məlumata görə, A. Cabbarov şüşə ilə qoluna xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır