Bakıda sahibkar qəfil vəfat etdi

Hadisə
5 May 2022
23:03
Bakıda tikinti-interyer materialları satışı ilə məşğul olan şirkətin rəhbəri qəfil vəfat edib.

"Zirvetv.az_ın məlumatına görə, 1985-ci il təvəllüdlü Nurlan Yaşaroğlu ürək tutması səbəbindən dünyasını dəyişib.


Həmçinin, həvəskar musiqiçi kimi fəaliyyət göstərən Nurlan "Yasharoghlu NN Group" MMC-nin rəhbəri idi. O, sosial şəbəkə səhifəsində ölümündən bir neçə saat əvvəl canlı ifasını paylaşıb.