BMW heykələ çırpıldı, yaralılar var

Hadisə
5 May 2022
22:54
Şəmkirdə üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“zirvetv.az_ın " xəbərinə görə, hadisə rayonun Çinarlı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan BMW markalı minik avtomobilin idarəetmədən çıxaraq, yolun kənarındakı qadın heykəlinə çırpılması nəticəsində üç nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.