53 yaşlı arvadını çəkiclə döydü

Hadisə
25 Nis 2022
12:12
Gəncədə ər arvadını döyüb.

"Zirvetv.az _ın məlumatına görə, şəhər sakini 52 yaşlı X.Qəhrəmanov həyat yoldaşı 53 yaşlı Q.A.-ya bıçaq və çəkiclə xəsarətlər yetirib. Hadisə zamanı qadın başından kəsilmiş-deşilmiş yara və digər xəsarətlər alıb.

Q.A. döyülməsi ilə bağlı polisə müraciət edib.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb. Müvafiq ekspertizalar təyin olunub. Ekspertiza və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.