18 il əvvəl öldürülən nənə və nəvənin qatili tapıldı

Hadisə
14 Nis 2022
11:16
Azərbaycanda 18 il əvvəl törədilmiş cinayətin üstü açılıb.

"Zirvetv.az " xəbər verir ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bu barədə birgə məlumat yayıb.

Bildirilib ki, 2004-cü il aprelin 26-da 1947-ci il təvəllüdlü Rəhilə Cəlilovanın və nəvəsi 1989-cu il təvəllüdlü Aygün Əzizovanın meyitlərinin Yasamalda yaşadıqları mənzildə aşkar edilməsi ilə əlaqədar cinayət işi başlanılmışdı.

İstintaq nəticəsində hazırda Penitensiar Xidmətin Müalicə Mərkəzində müalicə alan məhkum (narkotik saxlama ittihamı ilə həbs edilmiş) Anar Ağalarovun həmin cinayəti törətməsinə əsaslı şübhələr yaranıb. İlkin dindirmə zamanı A.Ağalarov hadisəni xalası oğlu mərhum Teymur Məmmədovla birlikdə törətdiyini etiraf edib.

İş üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir