Maşın ağaca çırpıldı, sürücü öldü

Hadisə
25 Mrt 2022
22:08
Ağstafada ağır yol-nəqliyyat hadisəsi baş verib.

Zirvetv.az_ın “xəbərinə görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq, əvvəlcə VAZ markalı avtomobilə, daha sonra isə yolun kənarında olan ağaca çırpılıb.

Qəza zamanı “Mercedes”in sürücüsü, 1987-ci il təvəllüdlü Talıbov Teymur ölüb.

Faktla bağlı araşdırma aparılır.