Masallıda 11 yaşlı qız hamam otağında ölü tapıldı

Hadisə
20 Mrt 2021
09:26
Masallı rayonunda bədbəxt hadisə baş verib.Zirvetv.az Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Masallı rayonunun Ərkivan qəsəbəsində qeydə alınıb

Belə ki, 2010-cu il təvəllüdlü qəsəbə sakini Zəhra Tofiq qızı Məmmədovanın cansız bədəni hamam otağında aşkar edilib.

Onun yıxılaraq travma aldığı və bu səbəbdən dünyasını dəyişdiyi ehtimal olunur. Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.