Ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır

Hadisə
9 Mrt 2022
16:56
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində iki qovaq ağacının kəsildiyi aşkar edilib.

Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev “zirvetv.az_a" bildirib ki, ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək məqsədilə hazırda Abşeron Rayon Polis İdarəsi ilə birgə araşdırma aparılır