Gəncədə evdə yanğın, yaşlı kişi yanaraq öldü

Hadisə
2 Mrt 2022
09:28
Gəncədə yaşayış evində yanğın olub.

“zirvetv.az_ın " məlumatına görə, hadisə şəhərin Şərəfxanlı küçəsindəki evlərin birində baş verib.

Yanğın zaman ev sahibi, 73 yaşlı Tofiq Hüseynov yanaraq ölüb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin texnikası və canlı qüvvəsi cəlb olunub. Alovun qonşu evlərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.