Salyanda ağır qəza, iki qardaş öldü

Hadisə
19 Şub 2022
08:16
Salyanda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Zirvetv.az_ın " məlumatına görə, hadisə Yenikənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Kia" markalı minik avtomobili ilə "Kamaz" markalı yük maşını toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1985-ci il təvəllüdlü Asif Mirzəyev və qardaşı 1987-ci il təvəllüdlü Vasif Mirzəyev həlak olub.

Qəzada ölən qardaşlar Cəlilabadın Alar kəndinin sakinləri olub.

Faktla bağlı araşdırma aparılır.