Ağstafada evdə yanğın olub

Hadisə
22 Ock 2022
11:49
Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində ümumi sahəsi 120 m² olan kürsülü birmərtəbəli evin zirzəmisində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən zirvetv.az verilən məlumata görə, ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.