Bandotdel”dən narkotik alverçiləri və silah saxlayan şəxslərə qarşı əməliyyat

Hadisə
12 Ock 2022
11:35
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi narkotik vasitələrin satışı ilə məşğul olan və qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlar keçirib.

DİN-in Mətbuat Xidmətindən "zirvetv.az _a" verilən məluymata görə, ilk tədbir zamanı narkotik vasitələrin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinə nəzarət edən əsas şəxslər biri - Balakən rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Tosov saxlanılıb. Onun üzərində olan çantaya baxış zamanı 7 büküm ümumi çəkisi 26 kiloqram olan yüksək təsiredici narkotik maddə heroin aşkar edilib. Elşad Tosov narkotik vasitələri satmaq məqsədi ilə ölkə ərazisinə gətirdiyini bildirib.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Sübhan Aslanov qanunsuz olaraq odlu silah-sursat saxlanmaqda şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərində şəxsi axtarış zamanı 1 ədəd "Makarov" markalı tapança və 6 ədəd patron aşkar olunub.

Növbəti əməliyyat zamanı paytaxt sakini Elvin Mərdanov saxlanılıb. Onun Buzovna qəsəbəsindəki evinə baxış zamanı 1 ədəd “AKS-74” markalı avtomat, 1 ədəd pulemyot patron darağı, 233 ədəd müxtəlif çaplı patron, 1 ədəd “F-1”, eləcə də 1 ədəd “RDQ-5” qumbaraları və partlayıcı aşkar edilib. Ona silah-sursat vermiş tanışı Hüseyn Səfərov da tutularaq Baş İdarəyə gətirilib. Onun paytaxt ərazisində yerləşən evindən isə 1 ədəd “Makarov” markalı tapança, 16 ədəd patron və 2 ədəd patron darağı aşkar edilib.

Qeyd olunan faktlarla əlaqədar saxlanılanlar barəsində cinayət işləri başlanılıb, barələrində həbs qətimkan tədbirləri seçilib. Saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.