Gəncədə günün ikinci intiharı

Hadisə
10 Ock 2022
13:54
Gəncədə günün ikinci intihar hadisəsi baş verib.

“zirvetv.az ” xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Cavid Vəliyevin asılmış meyiti yaxınları tərəfindən onun yaşadığı evdə aşakarlanıb.

Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

28 yaşlı gəncin hansı səbəbdən intihar etməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır