Qanunsuz silah saxlayan şəxs məsuliyyətə cəlb olundu
Hadisə
9 Ock 2022
10:51
Daşkəsəndə qanunsuz silah saxlayan şəxs məsuliyyətə cəlb olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "zirvetv.az_a" verilən məlumata görə, rayonun Qabaqtəpə kənd sakini Amil Məmmədovdan 1 ədəd “TOZ-16” markalı, qoşa lüləli ov tüfəngi aşkar edilərək götürülüb.
Hazırda faktlarla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.