Avtomobil ağaca çırpıldı, ölən var
Ağstafada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“zirvetv.az_ın " xəbərinə görə, hadisə rayonun Poylu kəndi ərazisində baş verib.
Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı ağaca çırpılıb.
Qəza zamanı 2002-ci il təvəlldlü sürücü Nicat Tağıyev ölüb.
Sərnişinlər - 20 yaşlı Cavid İbrahimov və onun həmyaşıdı Tələt Budaqov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.