Rasim Quliyevə 6 il həbs istənildi

Hadisə
9 Ara 2021
13:09
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri Rasim Quliyevə cəza istənilib.

"Zirvetv.az " xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, R.Quliyevin 6 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.



Vəkillər müdafiə çıxışı üçün vaxt istəyib. Proses dekabrın 16-a təxirə salınıb.

Qeyd edək ki, Rasim Quliyev 2010-2018-ci illərdə BŞİH-də Aparat rəhbəri olub. R.Quliyev keçmiş icra başçısı Hacıbala Abutalıbovun yaxın kadrlarından biri hesab edilirdi.