Mebel sexi yandi

Hadisə
14 Mrt 2021
01:13
Tovuz rayonunun Qovlar şəhərində mebel sexi yanıb.

“Zirvetv” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 64 kvadrat metr olan mebel sexinin yanar konstruksiyaları və içərisində olan əşyalar 60 kvadrat metr sahədə yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.