Bakıda yaşayış binasında yanğın

Hadisə
14 Mrt 2021
01:09
Bakı şəhərinin Qaradağ rayonunda yanğın baş verib.

“Zirvetv” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, doqquz mərtəbəli yaşayış binasının zirzəmisinə yığılan plastmas və taxtadan ibarət taralar 20 kvadrat metr sahədə yanıb.

Mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.