Qazaxıstanda təyyarə düşdü, ölənlər var

Hadisə
13 Mrt 2021
17:23
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinə aid olduğu ehtimal edilən An-26 təyyarəsi qəzaya uğrayıb.

“Zirvetv” “Ria Novosti”yə istinadən xəbər verir ki, Nur-Sultan-Almatı istiqamətində uçan təyyarə uçuş-eniş zolağına yaxınlaşarkən düşüb. Göyərtədə olan 6 nəfərdən 4-ü ölüb, 2 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.