Yolu keçmək istəyirdi, maşın vurdu

Hadisə
31 Ekm 2021
09:10
Bərdədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Zirvetv.az_ın. " məlumatına görə, hadisə rayonun Bakı küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1964-cü-il təvəllüdlü Əliyev Natiq Xəlil oğlu yolu keçmək istəyən zaman onu "Shacman" markalı yük maşını vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan N.Əliyev Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.