Şəhidləri təhqir edən şəxsə 15 sutka verildi

Hadisə
18 Ekm 2021
07:00
Daxili İşlər Nazirliyi Tovuz rayonunda şəhidləri təhqir edən şəxs və onu döyərək üzr istədənlər barəsində məlumat yayıb.

DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “zirvetv.az_a" açıqlamasında bildirib ki, sosial şəbəkələrdə Tovuz rayonunda şəhidlərlə bağlı xoşagəlməz ifadələr işlədən Aqil İbrahimov barəsində 15 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub.

Tovuz RPŞ-də Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə başlanan cinayət işi üzrə aparılan prosessual tədbirlər çərçivəsində rayon sakinləri – 2001-ci il təvəllüdlü Taleh Hüseynov, əvvəllər məhkum olunan, 1993-cü il təvəllüdlü Sürət Məmmədov, əvvəllər məhkum olunan, 1992-ci il təvəllüdlü Tural Əhmədov, 2000-ci il təvəllüdlü Elşad Rzayev, 1994-cü il təvəllüdlü Maqsud Bayramov, 2003-cü il təvəllüdlü Əli Hüseynzadə və əvvəllər məhkum olunan, 1967-ci il təvəllüdlü Telman Nağıyev xuliqanlıq zəminində həmyerliləri 1983-cü il təvəllüdlü Aqil İbrahimovu döyməkdə təqsirləndirilərək istintaqa cəlb ediliblər.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Həmçinin oxuyun: Qəbiristanlıqdakı üzr videosunu çəkənlər saxlanıldı