Tovuzda yaşayış evi yanıb

Hadisə / Bölgə
12 Mrt 2021
22:30
Tovuzda yanğın hadisəsi baş verib.

ZirveTv-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qazıqulu kəndində qeydə alınıb.

Kənd sakininə məxsus evdə qəfildən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.