Xırdalanda ər 22 yaşlı arvadını öldürdü

Hadisə
8 Ekm 2021
09:49
Xırdalanda 30 yaşlı kişi 22 yaşlı həyat yoldaşını qətlə yetirib.

Prokurorluqdan "zirvetv.az_a"Xırdalanda ər 22 yaşlı arvadını öldürdü verilən məlumata görə, oktyabrın 7-si saat 11 radələrində Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evində kirayədə yaşayan 1999-cu il təvəllüdlü İnci Umarovanın yaşadığı evdə öldürülüb.

Araşdırmalarla zərərçəkmişin əri 1991-ci il təvəllüdlü Sənan Umarovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı İnci Umarovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sənan Umarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İstintaq tədbirləri davam etdirilir.

Həmçinin oxuyun: Zorlamaya görə tutuldu, 2 il həbsdən sonra günahsız olduğu məlum oldu

“Dedilər ki, get pulunu general Aydəmirovdan al”

“Space” TV məhkəməyə verildi - Borcunu ödəmir