İkinci kurs tələbəsi yol qəzasında öldü

Hadisə
12 Mrt 2021
21:45
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tələbəsi İsmayılova Şəbnəm Qabil qızı yol-nəqliyyat hadisəsinin qurbanı olub.

“ZirveTV” xəbər verir ki, o, bu gün Bakı-Quba yolunun Siyəzən rayonu ərazisində avtomobil qəzasında faciəli şəkildə həyatını itirib.

Qeyd edək ki, Şəbnəm İsmayılova ikinci kurs tələbəsi olub.