Ağstafada maşın piyadanı vurub öldürdü

Hadisə
24 Eyl 2021
08:12
Ağstafada piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“zirvetv.az Ağstafada maşın piyadanı vurub öldürdü” xəbər verir ki, hadisə rayonun Yuxarı Göycəli kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əliyev İbrahim Zabit oğlunu vurub.

Piyada xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır