Bakıda iki qardaş bıçaqlandı, biri öldü

Hadisə
23 Eyl 2021
08:10
Bakıda qətl hadisəsi törədilib.

“zirvetv.az Bakıda iki qardaş bıçaqlandı, biri öldü” “Report”a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Lökbatan qəsəbəsində iki qardaş - 1998-ci il təvəllüdlü Cəfərov Kamil Məhəmməd oğlu və 2001-ci il təvəllüdlü Cəfərov Samir Məhəmməd oğlu mübahisə zəminində bıçaqlanıblar.


Yaralılar xəstəxanaya çatdırılıblar. Lakin həkimlərin səyinə baxmayaraq, beş bıçaq xəsarəti alan K.Cəfərovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.