Kürəkən qayınata və qayınanasını bıçaqladı

Hadisə
21 Eyl 2021
08:21
Bakının Sabunçu rayonunda ər və arvad bıçaqlanaraq, ağır xəsarətlər alıblar.

“zirvetv.az Kürəkən qayınata və qayınanasını bıçaqladı” APA-ya istinadən xəbər verir ki, hadisə Nardaran qəsəbəsində baş verib.

1949-cu il təvəllüdlü Əliyev Müzəffər Gülhüseyn oğlu və onun həyat yoldaşı, 1962-ci il təvəllüdlü Əliyeva Kəklik Ağasalah qızı kürəkənləri tərəfindən əvvəlcə döyülüblər.

Daha sonra kürəkən qayınanasına altı, qayınatasına isə üç bıçaq xəsarəti yetirib. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.