Yasamaldakı yeraltı dayanacaqda “Hyundai” yandı

Hadisə
6 Eyl 2021
09:55
Bakı şəhərinin Yasamal rayonunda maşın yanıb.

“zirvetv.az ” xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən avtomobil dayanacağında “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi və dayanacaqda olan digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.