Şabran rayonunun Şahnəzərli kəndində ev yanıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, ümumi sahəsi 200 kvadrat metr olan ikimərtəbəli altı otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 185 kbadrat metr sahədə yanıb.
Yanğın zamanı üç nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.