Əvvəl arvadı ilə qayınatasını, sonra özünü öldürdü - Sabirabadda dəhşət

Hadisə
21 Ağu 2021
08:19
Sabirabadda güllələnmə hadisəsi baş verib.

“zirvetv.az Əvvəl arvadı ilə qayınatasını, sonra özünü öldürdü - Sabirabadda dəhşət” Report-a istinadən xəbər verir ki, hadisə rayonun Əsgərbəyli kəndində qeydə alınıb.

Saatlı rayon sakini, 1963-cü il təvəllüdlü Məhərrəmov Nizam Qaraoğlan oğlu ov tüfəngi ilə həyat yoldaşı, Sabirabadın Əsgərbəyli kənd sakini, 1976-cı il təvəllüdlü Məhərrəmova Ruhiyyə Əmirxan qızını və qayınatası, 1938-ci il təvəllüdlü Əflatunov Əmirxan Əlibala oğlunu, sonra isə özünü tüfənglə öldürüb.

İlkin məlumata görə, N.Məhərrəmovla həyat oldaşı arasında söz-söhbət yaranıb və R.Məhərrəmova atasının evinə gedib. N.Məhərrəmov həyat yoldaşını evə qaytarmaq üçün qayınatasıgilə gedib və ağır cinayəti törədib.

Faktla bağlı araşdırma aparılır.