Prado” ilə motosiklet toqquşdu, sürücünün oğlu öldü

Hadisə
15 Ağu 2021
15:19
Oğuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Zirvetv.az Prado” ilə motosiklet toqquşdu, sürücünün oğlu öldü" xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan "Prado" markalı minik maşınının qarşısına motosiklet çıxıb.

Qəza nəticəsində motosikletin sürücüsü ağır yaralanıb. Onun sərnişini olan oğlu isə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.