ABŞ-da məktəbdə atışma, 1 ölü

Hadisə
14 Ağu 2021
08:56
ABŞ-ın Albukerke şəhərində (Nyu-Meksiko ştatı) orta məktəbdə baş vermiş atışma nəticəsində azı 1 şagird həyatını itirib.

“zirvetv.az ABŞ-da məktəbdə atışma, 1 ölü” xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti polisə istinadən bildirib.

Nəşrin məlumatına görə, insident iki şagird arasında nahar fasiləsi zamanı baş verib. Yeniyetmələrdən biri atəş açıb, nəticədə ikincisi ölüb.

Atəş açan saxlanılıb. Polis cinayətin motivlərini, həmçinin yeniyetmənin silahı necə əldə etdiyini müəyyənləşdirir