18 yaşlı qızı tualetdə zəncirləyən şəxs tutuldu

Hadisə
24 Tem 2021
12:46
Bərdə rayonunda 18 yaşlı qızı tualetdə zəncirlə bağlayaraq saxlayan şəxs həbs edilib.

Prokurorluqdan "zirvetv.az 18 yaşlı qızı tualetdə zəncirləyən şəxs tutulduverilən xəbərə görə, iyulun 22-də rayonun Bərdə şəhər sakini Ə.Y-nin zəncirlə bağlanması barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin anasının tanışı Ruslan Rzayevin 2003-cü il təvəllüdlü Əfsanə Yusifzadəni ayağından Bərdə şəhərində yerləşən yataqxanada ümumi istifadədə olan sanitar qovşağında zəncirlə dəmir boruya bağlayaraq qəsdən azadlığını məhdudlaşdırmasına və sağlamlığına müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 145.2.3-cü (qanunsuz azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Ruslan Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Cinayət işi üzrə istintaq davam edir.