Tovuzda da toyda dava düşdü - Üç nəfər bıçaqlandı

Hadisə
20 Tem 2021
01:27
Tovuzda bıçaqlanma hadisəsi baş verib.

“zirvetv.az Tovuzda da toyda dava düşdü - Üç nəfər bıçaqlandı APA-ya istinadən məlumatına görə, hadisə Tovuz çayının kənarında toy məclisində qeydə alınıb.

1991-ci il təvəllüdlü Kərimov Mahir, 1991-ci il təvəllüdlü Hüseynov Fuad Polad oğlu və 1996-cı il təvəllüdlü Mehdiyev Fərid İlyas oğlu baş və əl nahiyələrindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Hər üç xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.