Kotdivuarda ağır qəza: 23 ölü, 34 yaralı

Hadisə
16 Tem 2021
07:47
Kotdivuarun cənubunda ağır yol-nəqliyyat hadisəsi nəticəsində azı 23 nəfər həlak olub, 34 nəfər yaralanıb.

Bu barədə “zirvetv.az” yerli “Fraternite Matin” qəzetinə istinadən xəbər verir.

Mikroavtobus və yük maşını arasında toqquşma Abican şəhərindən 100 kilometr şimalda baş verib.

Xəsarət alan 34 nəfərdən 16-sı, o cümlədən 5 uşaq hospitalizə edilib. Böyüklərdən üçü komadadır.

Hadisə şahidlərinin sözlərinə görə, qəza mikroavtobusun təkərinin partlaması səbəbindən baş verib.