Moizin qətlində əli olan 4 nəfər məhv edildi
Haitinin hüquq-mühafizə orqanları ölkə Prezidenti Jovenel Moizin qətlə yetirilməsində əli olan dörd muzdlunu məhv edib, daha iki nəfər saxlanılıb.
“zirvetv.az

” xəbər verir ki, bu barədə dövlət televiziyasının efirində Haiti Milli Polisinin başçısı Leon Şarl bildirib.
“Onlardan dördü öldürülüb, daha ikisi bizim nəzarətimiz altındadır və sorğu-sual edilirlər. Girov götürülmüş üç polis əməkdaşı azad edilib”, - o deyib.
Daha əvvəl Avropa İttifaqı (Aİ) Haiti Prezidenti Jovenel Moizin qətlini pisləyib.
Haitinin 53 yaşlı Prezidenti Jovenel Moiz iyulun 6-dan 7-nə keçən gecə sui-qəsd nəticəsində qətlə yetirilib. Ölkədə 15 günlük milli matəm elan edilib