Batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas edilib

Hadisə
4 Tem 2021
08:45
Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Nardaran”, “Bilgəh”, “Qızılqum” sularda xilasetmə məntəqələrinin ərazisində və 2 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən 4 nəfər batma təhlükəsi ilə üzləşib.

Bu barədə "zirvetv.az a" Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, həmin şəxslər xilasedicilər tərəfindən xilas olunub.