Ağsu rayonunun Qiyaslı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
“zirvetv.az ” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qrupu cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə bir nəfər deformasiyaya uğrayan “Hyundai” markalı minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.