Şəkidə yol qəzası, xəsarət alanlar var
Şəkidə mikroavtobusla minik avtomobili toqquşub.
"Zirvetv.az məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Cəfərabad kəndindən keçən hissəsində baş verib.
Belə ki, 1981-ci il təvəllüdlü Balakən rayon sakiniHacıağa Carulla oğlu Hacıyevin idarə etdiyi "Mercedes" markalı avtomobil mikroavtobusla toqquşub. Nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.